Ana Sayfa > Karusel / Gündəm > 5 yaşlı uşağı maşın vurdu

5 yaşlı uşağı maşın vurdu


12-04-2022, 20:59. Yazar: Admin

5 yaşlı uşağı maşın vurdu

Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Dağlı kəndində baş verib.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü Bayramov Tunar Surac oğlu “Changan” markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan beş yaşlı Tunar Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Geri dön