Ana Sayfa > Karusel / Gündəm > Qırğızıstanla Tacikistan sərhədində növbəti atışma baş verib, yaralanan var

Qırğızıstanla Tacikistan sərhədində növbəti atışma baş verib, yaralanan var


12-04-2022, 20:53. Yazar: Admin

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma çərşənbə axşamı iki dövlətin sərhədində baş verib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, - məlumatda deyilir.

Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb.


Geri dön