Ana Sayfa > Karusel / Gündəm > Buçedə 400-dən artıq dinc sakinin cəsədi tapılıb

Buçedə 400-dən artıq dinc sakinin cəsədi tapılıb


12-04-2022, 18:20. Yazar: Admin

Buçedə 400-dən artıq dinc sakinin cəsədi tapılıb

Ukraynanın Buçe şəhərində Rusiya Ordusunun geri çəkilməsindən sonra 403 dinc sakinin cəsədi aşkarlanıb.

Qarabaginfo.az Rbc.ua saytına istinadən xəbər verir ki, bu barədə şəhər meri Anatoli Fedorçuk keçirdiyi brifinqdə deyib.

O təkcə bu gün 60 nəfərin cəsədinin aşkar olunduğunu deyib.

“Ümid edirik ki, itkin düşmənlər sağ tapılacaq. Amma güman ki, onların cəsədləri yaşayış məntəqələri arasında aşkar ediləcək. Sakinlər onların necə həmin ərazilərə aparıldığını görüblər”.

Fedorçuk şəhərdə və ətraf ərazilərdə minatəmizləmə işlərinin də aparıldığını qeyd edib.


Geri dön