Ana Sayfa > Karusel / Gündəm > Gəncədə güclü külək yanğına səbəb oldu

Gəncədə güclü külək yanğına səbəb oldu


12-04-2022, 18:10. Yazar: Admin

Gəncədə güclü külək yanğına səbəb oldu

Gəncədə yanğın olub.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində, keçmiş Xalça Kombinatının sahəsində baş verib.

Elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verən yanğın yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınır.

Güclü külək nəticəsində şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda Qərb bölgəsində külək əsməkdə davam edir.


Geri dön