Ana Sayfa > Karusel / Dünya > NATO: Çinin Rusiyaya hərbi yardım etdiyinə dair heç bir işarə yoxdur
NATO: Çinin Rusiyaya hərbi yardım etdiyinə dair heç bir işarə yoxdur12-04-2022, 16:16. Yazar: Admin |
“Çinin Rusiyaya hərbi yardım etdiyinə dair heç bir işarə yoxdur”. Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coane Rumıniyanın "Digi 24" telekanalına müsahibəsində deyib. “Çinin Rusiya Federasiyasına belə bir dəstək verəcəyinə dair heç bir işarə yoxdur. Bu, NATO liderlərinin də Çin tərəfinə göndərdiyi siqnaldır və Prezident Bayden və digər Avropa liderləri Çin lideri ilə danışıblar. Başa düşürük ki, Çin və Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq mövcuddur. Bu, onların qərarıdır, bu qədər müharibə cinayətləri törədənlərlə əməkdaşlıq etmək inanırıq ki, nüfuz və maraqlar üçün çox risklidir. Hazırda hərbi dəstəklə bağlı bir siqnal, işarə görmürük”, - Rusiyanın Pekindən təkcə iqtisadi deyil, hərbi dəstək istəməsini nəzərə alaraq, gələcəkdə belə bir dəstəyin verilməsi ilə bağlı sualı cavablandıran NATO rəsmisi bildirib. Coane Qərbin Çindən Rusiya ilə münasibətlərə son qoymağa çağırış etmədiklərini xatırladıb. “Bu, Çinin maraqlarına təsir edəcək və demokratik Qərbin gələcəkdə Çinlə necə münasibət quracağına təsir edəcək. Beləliklə, bu, çox vacib bir müzakirədir. Ümid edək ki, Pekində qısa müddətlik maraqlardansa, uzun müddətli strategiya ilə ba Geri dön |