Ana Sayfa > Karusel / Region > Şərqi Zəngəzurdan Naxçıvana yol nə vaxt çəkiləcək? - RƏSMİ
Şərqi Zəngəzurdan Naxçıvana yol nə vaxt çəkiləcək? - RƏSMİ12-04-2022, 16:14. Yazar: Admin |
Bu ilin mart ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində iki avtomobil körpüsünün tikintisi nəzərdə tutulub.
Qarabaginfo.az xəbər verir ki, Rəqəmsal İnkişaf Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dörd hərəkət zolaqlı avtomobil körpüləri və piyada keçidləri müvafiq rabitə xətlərinin ötürülməsinə imkan verən qurğular nəzərə alınmaqla layihələndiriləcək.
İlkin mərhələdə İşçi qrupu tərəfindən aşağıdakı məsələlərin müəyyən edilməsi nəzərdə tutulub:
- avtomobil yolu körpülərinin yeri;
Nazirliyin məlumatına görə, növbəti mərhələdə avtomobil yoluna paralel çəkiləcək dəmir yolunun, eləcə də rabitə və enerji təminatı xətlərinin tikintisinə dair təkliflər hazırlanacaq. Geri dön |