“Hər şey müharibənin daha qanlı olacaq ikinci mərhələsinin tezliklə başlayacağına işarə edir”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO Baş katibinin müavini Mirça Coane Rumıniyanın “Digi24” telekanalına müsahibəsində deyib.
“Biz daha çətin, birinci mərhələdən xarakter etibarilə fərqlənən, cənubda Krım və Mariupoldan tutmuş şərqdə Donbasa qədər daha geniş əraziləri əhatə edəcək mərhələyə qədəm qoyuruq”, - o qeyd edib.
Coane qarşıdurmanın uzunmüddətli olmayacağına ümidini ifadə etsə də, belə ehtimalların az olduğunu, dinc sakinlər arasında ciddi itkilərin olacağını vurğulayıb.(Apa)