Ana Sayfa > Karusel / Region > Paşinyanın fraksiyası müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib

Paşinyanın fraksiyası müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib


12-04-2022, 15:43. Yazar: Admin

Ayk Koncoryan

Müxalifətçilər parlamentin işini iflic etməklə onun əhəmiyyətini azaltmağa çalışır.

Qarabaginfo.az News.am-a istinadən xəbər verir ki, bu barədə hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdəki fraksiya rəhbəri Ayk Koncoryan açıqlama verib.

O bildirib ki, parlament müxalifətinin Qarabağa səfəri və parlamentin iclasında iştirak etməməsi təxribatdır.

Koncoryan müxalifəti Qarabağ və təhlükəsizlik məsələlərindən istifadə edərək dövlət çevrilişinə cəhddə ittiham edib.

Qeyd edək ki, “Şərəf duyuram” və “Hayastan” blokları parlamentin 4 günlük plenar iclaslarını boykot edib.(Apa)


Geri dön