Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Yaponiya Rusiyanın 398 vətəndaşına və 28 təşkilatına sanksiyalar tətbiq edib
Yaponiya Rusiyanın 398 vətəndaşına və 28 təşkilatına sanksiyalar tətbiq edib12-04-2022, 08:16. Yazar: Admin |
|
Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasından olan 398 nəfərə və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir. Xüsusilə Dövlət Dumasının deputatları sanksiyalara məruz qalıb. Həmçinin Nazirlər Kabinetinin qərarı ilə mayın 12-dən “Sberbank” və “Alfa-Bank”ın səhlməri dondurulacaq. Bundan əlavə, Yaponiya hökuməti Rusiya Federasiyasında yeni investisiyaların qadağan edilməsini təsdiqləyib. Qeyd olunur ki, mayın 12-dən etibarən Yaponiyadan Rusiya Federasiyasına yeni investisiyalar yalnız xüsusi icazələrlə həyata keçirilə bilər. Aprelin 8-də Tokionun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarı Yaponiyanın baş naziri Fumio Kişida tərəfindən açıqlanıb. Geri dön |