Ana Sayfa > Karusel / Dünya > ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb


12-04-2022, 04:34. Yazar: Admin

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barəd ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib.
“Biz Rusiyanın Ukrayna ilə bağlı etdikləri fonunda bütün ölkələri Rusiyadan silah almamağa çağırırıq”, - o deyib.
Eyni zamanda Rusiyadan S-400 sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərarın hələ verilmədiyi bildirilib.
Blinken etiraf edib ki, Hindistan və Rusiya arasında, hərbi texnika ilə bağlı əlaqələrin uzun tarixi var.
“Bu münasibətlər uzun illər əvvəl, biz Hindistanla tərəfdaş olmadığımız vaxtda baş verib”, - deyə dövlət katibi də bildirib.
Entoni Blinken bildirib ki, ABŞ-ın Hindistanın silah tədarükü baxımından əsas tərəfdaşı olmaq üçün danışıqlar aparıb.
Dövlət katibi qeyd edib ki, Hindistan ukraynalılara əhəmiyyətli humanitar yardım, xüsusən ehtiyac duyulan dərmanlar verir.


Geri dön