Ana Sayfa > Karusel / Gündəm > Masallıda 7 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub, saxlanılan var

Masallıda 7 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub, saxlanılan var


12-04-2022, 00:29. Yazar: Admin

Bakıda 4 yaşlı qızın meyiti tapılıb - YENİLƏNİB

Masallı rayonunda 7 il əvvəl itkin düşən Cəfərova Səidə Fərhad qızının öldürüldüyü məlum olub.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, hadisə ilə əlaqədar qadının əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

İstintaqa məlum olan məlumat əsasında Cəfərova Səidə Fərhad qızının basdırıldığı ərazidə axtarış işləri aparılır. Hazırda kəndin arxa tərəfində çay kənarında axtarış işləri səbəbindən əraziyə giriş-çıxış bağlanıb.

Faktı Masallı Rayon Polis Şöbəsində təsdiq ediblər. Lakin əlavə məlumat verilməyib.


Geri dön