Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan idmançısının Rizin Qran-prisindəki rəqibi bəlli olub

Azərbaycan idmançısının Rizin Qran-prisindəki rəqibi bəlli olub


12-04-2022, 00:02. Yazar: Admin

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin Qran-prisində ikinci döyüşünü keçirəcək.

Qarabaginfo.az xəbər verir ki, onun rəqibi yaponiyalı Teyçi Nakadzima olacaq. Görüş aprelin 17-də baş tutacaq.

30 yaşlı idmançının sözügedən turnirdə debütü ABŞ təmsilçisi Kayl Aquonla duelə təsadüf edib. 2020-ci il fevralın 20-də baş tutmuş döyüşdə Kərəmov qələbə qazanıb.


Geri dön