Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ukraynanın yeraltı komanda mərkəzini vurduğunu açıqladı
Rusiya Ukraynanın yeraltı komanda mərkəzini vurduğunu açıqladı11-04-2022, 23:55. Yazar: Admin |
Rusiya ordusu Ukrayna ordusunun Donetskdəki yeraltı komandanlıq mərkəzini döyüş təyyarəsindən atılan “Kinjal” raketi ilə vurub. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib. Konaşenkov gün ərzində Ukraynadakı hədəfləri raketlərlə vurduqlarını deyib: “Ukrayna ordusunun yaxşı gizlədilən yeraltı komandanlıq mərkəzi Donetsk bölgəsindəki Çasov Yar qəsəbəsi yaxınlığında döyüş təyyarəsindən atılan “Kinjal” raketi ilə məhv edilib". O, Donetsk vilayətində “Toçka-U” raket sistemi, yeraltı bunkerdə gizlədilən iki çoxlüləli reaktiv yaylım atəşi sistemi, iki kamuflyajlı silah və hərbi texniki maşınla Ukrayna silahlı qüvvələrini və müxtəlif yerlərdəki düşərgələri yüksək dəqiqliklə məhv etdiklərini bildirib. Konaşenkov, həmçinin, qeyd edib ki, Ukraynanın “Su-27” döyüş təyyarəsi də vurulub. Əlavə edib ki, Rusiya hava qüvvələri 42 Ukrayna hərbi obyektini məhv edib: “İndiyə qədər 130 təyyarə, 99 helikopter, 243 “S-300”, “Buk-M1”, “Osa AKM” hava hücumundan müdafiə raket sistemi, 441 pilotsuz uçuş aparatı, 2 min 132 tank və Ukrayna ordusuna məxsus tanklar, zirehli texnika, 241 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 913 haubitsa və minaatan, 2 min 28 xüsusi təyinatlı hərbi maşın məhv edilib”. Geri dön |