Ana Sayfa > Karusel / Gündəm > "Prezident bizə xəyal kimi görünən tarixi sevinci bəxş etdi" - RƏY
"Prezident bizə xəyal kimi görünən tarixi sevinci bəxş etdi" - RƏY11-04-2022, 22:08. Yazar: Admin |
"Prezident bizə dörd il öncə xəyal kimi görünən tarixi sevinci bəxş etdi". Qarabaginfo.az-ın məlumatına görə, bunu "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin dördüncü ildönümü ilə bağlı açıqlamasında deyib. O bildirib ki, ölkə başçısının yürütdüyü rasional və praqmatik siyasət nəticəsində Azərbaycan nəinki regional konfliktlərdən yayına bildi, əksinə, bölgədə və dünyada nüfuzunu daha da artırmağa müvəffəq oldu: "İlham Əliyev son andiçmə mərasimi zamanı bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Bu qısa müddət ərzində Azərbaycan sözün əsl mənasında inqilabi dəyişikliklərə şahidlik etdi. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olundu və tarixi həsrətimizə son qoyuldu. Cəmi dörd il öncə çoxları üçün xəyal kimi görünərdi ki, qısa müddət sonra Qarabağ işğaldan azad ediləcək, Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, bu tarixi şəhər türk dünyasının mədəniyyət paytaxtına çevriləcək". Şahbazlının sözlərinə görə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yürüdülən məntiqi, ardıcıl siyasətin bəhrəsi olaraq bu tarixi anları yaşadıq: "Müzəffər Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun sayəsində doğma torpaqlarımızı işğaldan azad etdik. Halbuki ermənilər uzun müddət özlərinin qalib olduğunu bəyan edir, saxta tarix uydurmağa çalışırdılar. Azərbaycan isə öz iqtisadi və hərbi qüdrətini artırmaqla bu tarixi qələbə üçün zəmin hazırladı. Yekunda həm hərbi, həm iqtisadi, həm də siyasi məğlubiyyətin dadını Ermənistan yaşadı. Humanizmi həyat fəlsəfəsinə çevirən Prezident müharibə öncəsi Ermənistan hərbi-siyasi rəhbərliyinə müraciət edir, onları xoşluqla Azərbaycan torpaqlarını tərk etməyə çağırırdı. Lakin onlar bundan dərs çıxarmadılar və müharibə meydanında onlara layiqli dərs verdik. Bu böyük zəfər bizi tarixi həsrətimizə qovuşdurmaqla yanaşı, eyni zamanda ölkəmizin beynəlxalq miqyasda rolunu da əhəmiyyətli dərəcədə artırdı". Ötən dövr ərzində Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri ən yüksək səviyyəyə qədəm qoyub: "Məhz Azərbaycan və Türkiyə türk dövlətləri arasında səmərəli əməkdaşlığın, birliyin və vəhdətin əsasını qoydular. Bu sarsılmaz birlik dünya miqyasında türk dünyasının əhəmiyyətini artırmaqla yanaşı, onun qlobal miqyasda siyasi və iqtisadi proseslərə təsir imkanlarını da xeyli gücləndirdi. Ölkəmizin artan əhəmiyyəti fonunda regionda baş verən hadisələr isə Azərbaycana olan beynəlxalq marağı artırırdı. Eyni zamanda idarəetməyə yeni nəfəs gəldi". Geri dön |