Ana Sayfa > Karusel / Gündəm > Bakıda torpağın qiyməti bahalaşdı

Bakıda torpağın qiyməti bahalaşdı


11-04-2022, 21:44. Yazar: Admin

 Bakıda torpağın qiyməti bahalaşdı

Mart ayında Bakıda torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

Qarabagnfo.az xəbər verir ki, bu barədə “MBA Consulting Group” şirkəti məlumat yayıb.

Məlumata görə, mart ayında Bakıda bir sot torpağın orta qiyməti 7,22 faiz bahalaşıb. İl ərzində isə qiymətlər 2,32 faiz bahalaşıb.

Qeyd edilib ki, qiymət artımı mövsümi xarakter daşıyır. Yaz-yay fəsli dövründə torpağa, həyət evlərinə tələbat artır, torpaq bazarında aktivləşmə müşahidə edilir, torpaq sahələrində ev tikintisi işləri aktivləşir. Bütün bunlar torpaq bazarında qiymətlərə təsirsiz ötüşmür.


Geri dön