Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran səfirliyi teleqram kanallarında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib
Ana Sayfa > Karusel / Gündəm > İran səfirliyi teleqram kanallarında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib

İran səfirliyi teleqram kanallarında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib


11-04-2022, 19:13. Yazar: Admin

İran bəyanat yaydı: "DQR" komandasının iştirakına icazə verilməyib"

İran səfirliyi “Sepah_Pasdaran” teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Qarabaginfo.az bildirir ki, Səfirlikdən “Report”un sorğusuna cavab olaraq bununla bağlı araşdırma aparıldığı qeyd edilib.

Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.

Xatırladaq ki, “Sepah_Pasdaran” teleqram kanalında, mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir.


Geri dön