Ana Sayfa > Karusel / Gündəm > Qaxaxıstanın Azərbaycana dövlət borcu 40% artıb
Qaxaxıstanın Azərbaycana dövlət borcu 40% artıb11-04-2022, 18:21. Yazar: Admin |
Bu ilin yanvarın 1-nə Qazaxıstanın xarici dövlət borcu 165,057 mlrd. ABŞ dolları təşkil edib. Qarabaginfo.az bildirir ki, "APA-Economics"in Qazaxıstan Milli Bankının məlumatları əsasında apardığı hesablamalara görə, bu illik müqayisədə 1% çoxdur. Borcun 92,3%-i uzunmüddətlidir. Sektorlara gəldikdə, xarici borcun əsas hissəsi – 48,6%-i neft-qaz sahəsinin balansında akkumulyasiya edib. Ölkələrə gəldikdə, Qazaxıstanın ən çox borclu olduğu ölkələr Niderland, Böyük Britaniya və ABŞ-dır. Qazaxıstanın sözügedən ölkələrə müvafiq olaraq 42,682 mlrd. dollar, 21,952 mlrd. dollar və 12,904 mlrd. dollar xarici dövlət borcu var. Ölkənin Azərbaycana xarici dövlət borcu isə 59,7 mln. dollar təşkil edir ki, bu da illik müqayisədə 39,9% çoxdur. Geri dön |