Ana Sayfa > Karusel / Gündəm > Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama
Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama11-04-2022, 17:55. Yazar: Admin |
Baş Prokurorluq Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb. Qurumun Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax Rayon Prokurorluğuna məlumat daxil olub. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Geri dön |