Ana Sayfa > Karusel / Region > Ruslar Ukraynada məşhur korpus komandirini öldürdü

Ruslar Ukraynada məşhur korpus komandirini öldürdü


11-04-2022, 15:11. Yazar: Admin

 Ruslar Ukraynada məşhur korpus komandirini öldürdü

Rusiya xüsusi təyinatlıları İzyum şəhərindən 5 kilometr cənubda kəşfiyyat və axtarış əməliyyatları zamanı Ukraynanın “Sağ sektor” adlı könüllülər korpusunun liderlərindən birini - Taras Bobaniçi zərərsizləşdirib.

Qarabaginfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, Taras Bobaniç 2014-cü ildən Donetsk və Luqanskda rusiyayönümlü qüvvələrə qarşı mübarizəyə qoşulmuşdu.
Rusiya tərəfi onu neonasist qrupunun lideri kimi təqdim edir. Bobaniç 2013-cü ilin noyabrında “Sağ Sektor” adlı könüllülərə qoşulmuşdu.

2019-cu ildən ehtiyatda olan birləşmələr üzrə hərəkat komandirinin müavini vəzifəsində çalışıb.(yenisabah)


Geri dön