Ana Sayfa > Karusel / Təhsil > Kolleclərə sənəd qəbulu davam edir

Kolleclərə sənəd qəbulu davam edir


11-04-2022, 14:27. Yazar: Admin

Kolleclərə sənəd qəbulu davam edir - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

DİM-in mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılır.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 25 aprel saat 23:59-dək davam edəcək.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz.


Geri dön