Bakının Nizami rayonunda yaşayış binasının sökülməsinə başlanılıb.
Qarabaginfo.az Trend-ə istinadla xəbər verir ki, bu Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.
Həmin binadan artıq sakinlər tam köçürülüb.
1960-ci ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.
Qeyd edək ki, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir.