Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda ünvanlı dövlət sosial yardımın məbləği ARTDI

Azərbaycanda ünvanlı dövlət sosial yardımın məbləği ARTDI


11-04-2022, 10:57. Yazar: Admin
Azərbaycanda ünvanlı dövlət sosial yardımın məbləği ARTDI
Orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artıb.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, 2022-ci ilin mart ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq, 246,5 manatdan 298,9 manata çatıb.
 
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2 % artım deməkdir.

Geri dön