Ana Sayfa > Karusel / Gündəm > Aleksey Baqa "Qarabağ"a məğlubiyyəti şərh edib
Aleksey Baqa "Qarabağ"a məğlubiyyəti şərh edib10-04-2022, 20:57. Yazar: Admin |
"Növbəti dəfə rəqibi təbrik etmək istərdim. Belə təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla oyunda yaratdığımız və yarada biləcəyimiz epizodlarda yararlanmaq çox çətindir". Qarabaginfo.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur matçından sonra mətbuat konfransında deyib. Belaruslu mütəxəssis bildirib ki, hücuma çoxlu oyunçu ilə çıxa bilmək mövqe hücumu deməkdir: "Bu isə hazırda istənilən baş məşqçi üçün çox çətindir. Bunun üçün ustalıq səviyyəsi lazımdır, gərək top itirnəyəsən və futbolçularda inam olmalıdır. Lakin vəziyyət elə gətirib ki, belə hücumlar müdafiədən oynamağa məcbur edir. Ola bilər ki, hansısa oyunda müdafiədə səhv buraxmayaq, amma hazırda bu çətindir". O, Ağdam klubunun kapitanı Maksim Medvedevlə dostluq münasibətlərinin olduğunu söyləyib: "BATE - Qarabağ görüşlərində rastlaşmışıq, yaxşı dost və yaxşı futbolçudur. Qara Qarayevdən isə oyun zamanı ayağında hiss etdiyi ağrıların vəziyyəti soruşdum". "Qarabağ"ın ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsində çıxış etdiyini xatırladan 41 yaşlı baş məşqçi bunun ustalıqdan irəli gəldiyini və sabitliyi göstərdiyini vurğulayıb: "İndi BATE, "Sumqayıt, və "Qarabağ" arasındakı oyunları müqayisə etmək düzgün olmaz. Amma hər şey ustalığı göstərir". Baqa meydanda futbol ab-havası olduğunu bildirib: "Oyunun vaxtı da əlverişli idi. Son günlər Sumqayıtdakı isti hava, meydanın ot örtüyünün bitməsi üçün çox yaxşı idi. Bu rəqiblə oyunda belə ab-hava gözlənilən idi. Ona görə də bütün azarkeşlərə təşəkkür edirəm". Geri dön |