Ana Sayfa > Karusel / Gündəm > Lənkəranda yaşayış olmayan evdən meyit tapılıb

Lənkəranda yaşayış olmayan evdən meyit tapılıb


10-04-2022, 20:50. Yazar: Admin

Lənkəranda yaşayış olmayan evdən meyit tapılıb

Lənkəranda yaşayış olmayan evdən kişi meyiti aşkarlanıb.

Qarabaginfo.az-ın verdiyi məlumata görə, rayonun Nərimanabad qəsəbəsində yaşayış olmayan evdən keçən aydan itkin düşmüş şəxsin meyiti tapılıb.
Ölənin 1983-cü il təvəllüdlü qəsəbə sakini Elşən Məmmədova aid olduğu müəyyən edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Geri dön