Ana Sayfa > Karusel / Gündəm > Xocalı DYP-yə yeni rəis təyin edildi

Xocalı DYP-yə yeni rəis təyin edildi


10-04-2022, 18:36. Yazar: Admin

Xocalı DYP-yə yeni rəis təyin edildi

Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Qarabaginfo.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Əliyev Ramin Vitali oğlu təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞDYP bölməsində çalışıb.

Xocalı DYP-nin əvvəlki rəisi Nemət Məmmədov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri əsasında yaş həddi səbəbilə təqaüdə göndərilib. (unikal.org)


Geri dön