Ana Sayfa > Karusel / Dünya > Borrel: "Ukraynaya silah tədarükünü sürətləndirmək lazımdır"
Borrel: "Ukraynaya silah tədarükünü sürətləndirmək lazımdır"10-04-2022, 16:01. Yazar: Admin |
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
Borrel deyib ki, o, Kiyevə silah tədarükünü Aİ-nin Hərbi Komitəsi ilə müzakirə edəcək. Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, silahları bir neçə gün ərzində ötürmək o qədər də asan deyil, bundan başqa, ukraynalılara onlardan necə istifadə etməyi öyrətmək lazımdır. "Silahlar həlledicidir, sanksiyalar vacibdir, lakin sanksiyalar Donbasdakı döyüşün nəticəsini müəyyən etməyəcək", - Borrel əlavə edib. O, həmçinin xatırladıb ki, aprelin 11-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Rusiya neftinin idxalına qadağa qoyulması məsələsini müzakirə edəcəklər. Geri dön |