Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Pakistan müxalifəti Şahbaz Şərifin baş nazir postuna namizədliyini irəli sürüb
Ana Sayfa > Karusel / Gündəm > KİV: Pakistan müxalifəti Şahbaz Şərifin baş nazir postuna namizədliyini irəli sürüb

KİV: Pakistan müxalifəti Şahbaz Şərifin baş nazir postuna namizədliyini irəli sürüb


10-04-2022, 15:12. Yazar: Admin

Şahbaz Şərif

Pakistanda müxalifət partiyaları baş nazir postuna Pakistan Müsəlman Liqasının (Nəvaz fraksiyası) lideri Şahbaz Şərifin namizədliyini irəli sürüb.

Qarabaginfo.az bildirir ki, bu barədə bazar günü Pakistanın ARY News xəbər portalı məlumat yayıb.

Milli Assambleyada (parlamentin aşağı palatası) yeni hökumət başçısının namizədliyi ilə bağlı səsvermə bazar ertəsi yerli vaxtla saat 14:00-a təyin edilib.

Hökumət başçısı vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı sənədləşmə işləri hələ də davam edir. Lakin yerli müşahidəçilərin fikrincə, çox güman ki, Pakistanın keçmiş baş naziri Navaz Şərifin kiçik qardaşı olan 70 yaşlı Şahbaz Şərif yeganə namizəd olacaq.


Geri dön