Ana Sayfa > Karusel / Gündəm > Bakıda gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib

Bakıda gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib


10-04-2022, 14:07. Yazar: Admin

Bakıda gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib - FOTO

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

TƏBİB-dən bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. Ayxan Fətullazadənin gecə klubunda ofisant işlədiyi bildirilir.

Ayxan Fətullazadə

Xəbəri Baş Prokurorluq da APA-ya təsdiqləyib. Prokurorluqdan qeyd edilib ki, bu hadisə ilə bağlı istintaq işi davam edir.

Bununla da, gecə klubunda partlayışda ölənlərin sayı dördə çatıb.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda partlayış baş verib. Nəticədə 4 nəfər ölüb, 34 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.


Geri dön