Ana Sayfa > Karusel / Gündəm > Vilayət Eyvazov Polis Akademiyasının təqaüdə göndərilən rəis müavinini qəbul edib
Vilayət Eyvazov Polis Akademiyasının təqaüdə göndərilən rəis müavinini qəbul edib10-04-2022, 13:08. Yazar: Admin |
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki, hüquq üzrə elmlər doktoru, professor, əməkdar müəllim Mahir Əhmədovu qəbul edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, Polis Akademiyası rəisinin birinci müavini kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını M.Əhmədova təqdim edib. Geri dön |