“Rusiya hərbçiləri şəhərin mərkəzi hissəsinə nəzarəti ələ keçirmək üçün Mariupolun müdafiəsini yarmağa çalışır”.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bazar günü, aprelin 10-na olan səhər xülasəsində deyilir:
“Düşmən Ukrayna Silahlı Qüvvələrinin İzyum vilayətindəki bölmələrinin müdafiəsini yarmağa və Mariupol üzərində tam nəzarəti bərqərar etməyə çalışır. Həmçinin, Rusiya ordusu Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa cəhdlər edirlər”.