Ana Sayfa > Karusel / Dünya > Pakistan “Shaheen-III” ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Shaheen-III” ballistik raketini uğurla sınaqdan keçirib


10-04-2022, 04:30. Yazar: Admin

Pakistan "Shaheen-III" ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan uzaq mənzilli “Shaheen-III” ballistik raketini uğurla sınaqdan keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

“Sınaqların məqsədi silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin yenidən yoxlanılması olub”, - məlumatda bildirilir.

“Shaheen-III” raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2 750 km-dir.


Geri dön