Ana Sayfa > Karusel / Region > İran ABŞ vətəndaşlarına sanksiya tətbiq edib
İran ABŞ vətəndaşlarına sanksiya tətbiq edib9-04-2022, 23:52. Yazar: Admin |
İran ABŞ-ın 24 vətəndaşını terrorizmi dəstəklədiyinə və insan hüquqlarının pozulmasına görə sanksiya siyahısına daxil edib. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Bu şəxslər İran xalqına və hökumətinə qarşı ABŞ-ın birtərəfli sanksiyalarının tətbiqində, terror qruplaşmalarının maliyyələşdirilməsində iştirak edir. Onların hərəkətləri beynəlxalq hüququn fundamental prinsiplərinin və insan hüquqlarının pozulmasıdır”, - bəyanatda qeyd edilir. Sanksiya siyahılarına daxil olan şəxslərin əksəriyyəti Donald Trampın prezidentliyi dövründə ABŞ dövlət qurumlarında çalışıb. Geri dön |