Rusiyanın Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ermənilərin məskunlaşdığı hissəsində müvəqqəti yerləşmiş sülhməramlı kontingenti aprelin 8-də “ŞUŞA - ZARISLI marşrutu üzrə və geriyə Azərbaycan tikinti texnikasının iki karvanını müşayiət edib".
Qarabaginfo.azxəbər verir ki, bu haqda məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat-razılaşmaya əsasən Zarıslı kəndi, Şuşa rayonunun Daşaltı istisna olmaqla digər məntəqələri kimi Rusiya hərbi kontingentinin nəzarətində qalıb.
Ola bilsin, Zarıslı kəndinə tikinti texnikası yaxın ərazidən keçəcək hazırkı Laçın “dəhlizi”nə alternativ yolun çəkilişi üçün daşınır.
Zəruri arayış:
Zarıslı — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənddir.
Vaxtilə Osmanlı dövlətinin Gəncə-Qarabağ əyalətində inzibati–ərazi Zarıs nahiyəsinin mərkəzi olub. Zarıslı kəndi Zarıslı çayının (Qarqar çayının qolu) sahilində, Sarıbaba dağınin ətəyində, Şuşa-Laçın yolunun üzərindədir.
Yaşayış məntəqəsi Azərbaycan şairəsi, xan qızı Xurşid Banu Natəvana (XIX əsr) məxsus kəndlərdən olmuşdur.
Kəndin yaxinliğında Zaris qalasinın xarabaligi var. Mənbələrdə XIII əsrdən adi çəkilən Zaris toponimi, güman etmək olar ki, əslində Sarısudur. Monqol dilində s-z əvəzlənməsi mümkündür. Yəqin ki, monqollar bu toponimi Zarıs variantında qeydə almişlar. Kənd ərazisindən axan eyniadlı çayın adi ilə bağlıdır.
1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Hazırda Rusiyanın sülhməramlı hərbi kontingentinin nəzarəti altındadır...
(Moderator.az)