Ana Sayfa > Karusel / Region > Ukraynalı qaçqınlara 9,1 milyard avro ayırılıb

Ukraynalı qaçqınlara 9,1 milyard avro ayırılıb


9-04-2022, 21:06. Yazar: Admin

Ukraynalı qaçqınlara 9,1 milyard avro ayırılıb

Rusiya-Ukrayna müharibəsində qaçqın düşən ukraynalılara 9,1 milyard avro yardım ayırılacaq.

Qarabaginfo.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşanın paytaxtı Varşavada keçirilən maliyyə tədbirində qərar qəbul olunub.

Kanada və Avropa Komissiyası ilə yanaşı bir çox ölkələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bu məbləğin 1,8 milyard avrosunun Ukrayna daxilindəki məcburi köçkünlərə ayırılması qərara alınıb.

Qalan 7,3 milyard avro Ukraynadan qonşu dövlətlərə sığınan vətəndaşlara ayrılacaq.

Bu məbləğin 4,1 milyardı BMT vasitəsi ilə Ukraynaya yardım kimi, qalan 5 milyard avro isə kredit kimi verilib.(Apa)


Geri dön