Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsi formalaşıb

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsi formalaşıb


9-04-2022, 19:41. Yazar: Admin

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsi formalaşıb

Bu gün Azərbaycan Güləş Federasiyasının növbədənkənar seçki Ümumi Yığıncağı keçirilib.
Qarabaginfo.az saytının məlumatına görə, federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.

Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:
1. Mikayıl Cabbarov - Azərbaycan Güləş Federasiyasının prezidenti
2. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti
3. Namiq Abdullayev - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
4. Fərid Mansurov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
5. Vasif Məmmədov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü


Geri dön