Ana Sayfa > Karusel / Gündəm > “Qarabağ” Avropada mövqeyini qoruyub

“Qarabağ” Avropada mövqeyini qoruyub


9-04-2022, 18:09. Yazar: Admin

“Qarabağ” Avropada mövqeyini qoruyub

Avropanın top komandalarının aprel reytinqi açıqlanıb.

Qarabaginfo.az-ın məlumatına görə, cədvəldə qitənin 450 ən yaxşı klubu yer alıb.

Azərbaycan siyahıda üç komanda ilə təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.

Ağdam təmsilçisi 213 xalla Avropanın 86-cı komandasıdır. Qurban Qurbanovun yetirmələri ötən cədvəldəki mövqeyini qoruyub.

“Neftçi” 30 xalla 244-cü sırada qərarlaşıb. 10 xal geri qalan “Qəbələ” 291-cidir.

Qeyd edək ki, siyahıya 2343 xala malik “Qarabağ” başçılıq edir.


Geri dön