Ana Sayfa > Karusel / Gündəm > Zelenski kollaj edilən fotosundan danışdı

Zelenski kollaj edilən fotosundan danışdı


9-04-2022, 17:20. Yazar: Admin

Zelenski kollaj edilən fotosundan danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski 41 gün fərqlə kollaj edilmiş fotosundan danışıb.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə bildirib.

"Bunlar iki fərqli insandır. Bu (Zelenskinin dəyişikliyi - red.) ölkəmizə xeyir verir. Amma əmin deyiləm... Mən bu adama (müharibədən əvvəlki kimi - red.) qayıdacağam", - deyə, Zelenski cavab verib.

Jurnalist Ukrayna Prezidentindən gecə gözlərini yumanda nə gördüyünü soruşub.

"Mən heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram", - Ukrayna lideri cavab verib.


Geri dön