Ana Sayfa > Karusel / Gündəm > “WarnerMedia” və “Discovery”nin birləşməsi tamamlanıb
“WarnerMedia” və “Discovery”nin birləşməsi tamamlanıb9-04-2022, 16:53. Yazar: Admin |
Amerikanın “AT&T” çoxmillətli konqlomerat holdinqin bölməsi “WarnerMedia”nın TV nəhəngi “Discovery” ilə birləşməsi tamamlanıb. Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, birləşmədən sonra yeni şirkətin adı “Warner Bros Discovery Inc.” olub. Məlumata görə, yeni şirkət bazar ertəsi “Nasdaq” fond birjasında "WBD" kodu ilə ticarətə başlayacaq. Qeyd edək ki, ötən ilin may ayında şirkətlər təşəbbüs göstərdilər, çünki “AT&T” birləşərək müstəqil media şirkəti olmaq niyyəti ilə simsiz məqsədlərinə daha çox fokuslanmağı və “Discovery”nin kitabxana kontentini gücləndirmək istəyirdi. Son 3 ildə media biznesinə 85 milyard ABŞ dolları sərmayə qoyan “AT&T Inc.” bu sahəni şirkətdən ayırıb, “Discovery Inc” ilə 43 milyard ABŞ dollara alınması üçün razılıq əldə ediblər. Geri dön |