Ana Sayfa > Karusel / Region > Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir

Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir


9-04-2022, 16:10. Yazar: Admin

Aşqabadda MDB İqtisadi Şurasının iclası keçiriləcək

Aşqabad şəhərində Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov hökumətin iclasında deyib.

Xatırladaq ki, prezidentlərin üçtərəfli görüşü çoxdan planlaşdırılsa da, obyektiv səbəblərdən təxirə salınıb. Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin zirvə görüşündə bir sıra razılaşmaların imzalanacağı gözlənilir.

Bundan başqa, bu il Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının və “Mərkəzi Asiya – Rusiya” I Parlamentlərarası forumu keçiriləcək.


Geri dön