İtaliyanın Ukraynadakı səfirliyi yenidən Kiyevə köçürüləcək.
Bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib.
O deyib ki, Pasxa bayramından, yəni aprelin 17-dən sonra səfirlik dərhal Kiyevə qayıdacaq: “Təhlükəsizlik şərtlərinə nəzarətlə bağlı bütün prosedur qaydalar avropalı tərəfdaşlarımızla koordinasiyalı şəkildə həyata keçiriləcək”.