Ana Sayfa > Karusel / Gündəm > Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı...

Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı...


9-04-2022, 15:48. Yazar: Admin

 

Bu ilin fevralın 24-dən Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb.

Dövlət Miqrasiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, müharibə başlayandan indiyədək Azərbaycana 6163 Ukrayna vətəndaşı daxil olub.

Xatırladaq ki, 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

 


Geri dön