Ana Sayfa > Karusel / Gündəm > Güclü külək əsəcək - Xəbərdarlıq

Güclü külək əsəcək - Xəbərdarlıq


9-04-2022, 14:25. Yazar: Admin

 

Güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında aprelin 11-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 10-u axşamdan 12-si gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.


Geri dön