Ana Sayfa > Karusel / Dünya > Təl-Əvivdəki hücumu bu təşkilat törədib

Təl-Əvivdəki hücumu bu təşkilat törədib


9-04-2022, 14:09. Yazar: Admin

 

İsrailin hücumu Təl-Əvivdə baş verən silahlı hücumlara görə məsuliyyəti " Əl Əqsa şəhidləri " briqadası öz üzərinə götürüb.  

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü Əbu Məhəmməd deyib. 

Qruplaşma sözçüsü bildirib ki, hücumu keçirən Raad Fəthi Hazim və onun bir döyüşçüsü olub. 

Qruplaşma İsrailə qarşı yeni " Qasırğa Mərkəzi " adlı əməliyyat başlatdıqlarını və hücumların daha da artacağını bildirib.

Qeyd edək ki, aprelin 7-də İsrailin paytaxtı Təl-Əvivdə Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində terror aktı törədilib. Hadisə nəticəsində azı 2 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

 


Geri dön