Ana Sayfa > Karusel / Gündəm > “Fransa Rusiya neftinin idxalını qadağan etməyə hazırdır”
“Fransa Rusiya neftinin idxalını qadağan etməyə hazırdır”9-04-2022, 12:06. Yazar: Admin |
“Fransa Rusiya neftinin idxalını qadağan etməyə hazırdır”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Bruno Le Mer CNN telekanalına müsahibəsində bildirib. O, Kramatorskdakı dəmiryol vağzalına raket zərbəsi nəticəsində 50-dən çox insanın həlak olmasını kütləvi qətl adlandırıb və bildirib ki, təqsirkarlar müəyyən edilməli, məsuliyyətə cəlb edilməli və bu cinayətlərə görə, ola bilsin, mühakimə olunmalıdırlar. Le Mer deyib ki, Fransa gözləmək istəmir və neft idxalına qadağa oyun qaydalarını dəyişəcək. O əlavə edib ki, enerji sahəsində Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi üçün Avropada birlik lazımdır. Geri dön |