Ana Sayfa > Karusel / Kriminal > Bakı-Qazax yolunda qətl manevrə görə mübahisə üstündə baş verib

Bakı-Qazax yolunda qətl manevrə görə mübahisə üstündə baş verib


9-04-2022, 11:48. Yazar: Admin

Bakı-Qazax yolunda qətl manevrə görə mübahisə üstündə baş verib

Prokurorluq Şəmkir rayonunda dünən baş verən qətl barədə məlumat yayıb.

Şəmkir Rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən xəbərə görə, aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Geri dön