Ana Sayfa > Karusel / Siyasət / Dünya > Putin Ukraynadakı rus qoşunlarının başına Suriyadakı generalı GƏTİRDİ
Putin Ukraynadakı rus qoşunlarının başına Suriyadakı generalı GƏTİRDİ9-04-2022, 10:20. Yazar: Admin |
Rusiya Ukraynadakı qoşunlarının komandanını dəyişib. Prezident Vladimir Putin Suriyadakı müharibədə böyük təcrübə toplamış general-polkovnik Aleksandr Dvornikovu Ukraynada müharibə aparan qoşunların rəhbərliyinə gətirib.
"Müxtəlif qoşun növləri arasında həqiqətən pis koordinasiya var idi" deyən mənbə bildirib ki, Rusiya qüvvələri heç vaxt bu şəkildə döyüşmək üçün təlim keçməyib. “Bu xüsusi komandir Rusiyanın Suriyadakı əməliyyatları ilə bağlı böyük təcrübəyə malikdir. Buna görə də biz ümumi komandanlıq və nəzarətin yaxşılaşacağını gözləyirik”, - deyə adı açıqlanmayan rəsmi bildirib. O, hesab edir ki, rus qoşunları mayın 9-na qədər müəyyən uğurlar əldə etməyi hədəfləyir. Həmçinin bildirib ki, Rusiya Federasiyası Donbasa doğru əlavə qüvvələr yeridir.
Geri dön |