Ana Sayfa > Karusel / Dünya > Rusiya daha 52 ölkə ilə uçuş qadağasını LƏĞV ETDİ

Rusiya daha 52 ölkə ilə uçuş qadağasını LƏĞV ETDİ


9-04-2022, 10:19. Yazar: Admin

Rusiya koronavirus pandemiyası ilə əlaqədar daha 52 ölkəyə uçuşlara tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Rusiya hökumətinin müvafiq qərarını Baş nazir Mixail Mişustin elan edib.

 

Söhbət Argentina, Əfqanıstan, Bosniya və Herseqovina, Braziliya, Türkiyə, İsrail, Çin və bir sıra ölkələrdən gedir.

 

Qeyd edək ki, Rusiya aviaşirkətləri hava trafikinin yeni açıldığı ölkələrə uçuşlar açmaq niyyətində olduğunu açıqlamayıb. Aviaşirkətlər üçün beynəlxalq uçuşların açılması Avropa İttifaqı və ABŞ-ın sanksiyaları fonunda çətindir.


Geri dön