Ana Sayfa > Karusel / Dünya > Avropada patent üçün müraciətlərin sayı kəskin artıb

Avropada patent üçün müraciətlərin sayı kəskin artıb


9-04-2022, 09:01. Yazar: Admin

Avropa Patent Ofisi

 

2021-ci ildə Avropada patent üçün müraciətlərin sayında ciddi artım qeydə alınıb.

Avropa Patent Ofisi ötən il rekord sayda - 188 600 müraciəti qeydə alıb. Bu da illik əsasda 4,5% artım deməkdir.

Baş ofisi Münxendə yerləşən qurum bildirir ki, 2020-ci ildə pandemiyaya görə müraciət sayı 0.7% azalmışdı.

Müraciət sayı sahələr üzrə fərqli olsa da, tendensiya dəyişmir. İddiaçılar ən çox İKT (15 400) və tibbi texnologiyalar üzrə (15 231) müəlliflik hüququ əldə etmək üçün müraciət edirlər.

Qeyd olunur ki, patent sayının artımı müəssisələrin elmi tədqiqata ciddi sərmayə qoymasının göstəricisidir.


Geri dön