Ana Sayfa > Karusel / Sosial > Bakıda avtobus piyada zolağından keçən ahıl qadını vuraraq öldürüb

Bakıda avtobus piyada zolağından keçən ahıl qadını vuraraq öldürüb


23-11-2017, 08:48. Yazar: Admin

 

Faktla bağlı cinayət işi başlanılıb
 Bakıda ahıl qadını sərnişin avtobusu vuraraq öldürüb

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.


Geri dön