Ana Sayfa > Karusel / Gündəm > Rus hərbçilərin uşaqları zorlaması ilə bağlı faktlar açıqlandı

Rus hərbçilərin uşaqları zorlaması ilə bağlı faktlar açıqlandı


8-04-2022, 23:38. Yazar: Admin

Rus hərbçilərin uşaqları zorlaması ilə bağlı faktlar açıqlandı

“Rusiya hərbçiləri Kiyev vilayətində olarkən yerli sakinlərə, o cümlədən, uşaqlara təcavüz ediblər”.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ombudsmanı Lyudmila Denisova bildirib.

O qeyd edib ki, aşağıdakı cinayətlərin törədilməsinə dair faktlar artıq müəyyən edilib:

- 14 yaşlı qız beş kişi rus hərbçi tərəfindən zorlanıb. İndi hamilədir.

- 11 yaşlı oğlan anasının gözü qarşısında təcavüzə məruz qalıb. Anasını oğluna edilən zorakılğı izləməsi üçün kresloya bağlayıblar.

- 20 yaşlı qadın üç rus hərbçi tərəfindən eyni anda təcavüzə məruz qalıb.

Denisova xatırladıb ki, zorlama 1949-cu ildə Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 27-ci maddəsi ilə qəti şəkildə qadağandır.

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı BMT-nin İnsan Haqlarının Pozulmasını Araşdırma Komissiyasına və Moskva Mexanizminə uyğun olaraq ATƏT-ə üzv dövlətlər tərəfindən yaradılmış ekspert missiyasına müraciət edirəm ki, Rusiyanın Ukraynada hərbi cinayətləri ilə bağlı bu faktları nəzərə alsınlar. Raşist işğalçılar ən ciddi məsuliyyəti daşımalıdırlar!”, - o əlavə edib.


Geri dön